Bakıda iki maşın toqquşdu: 3 yaralı – FOTO

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb. Şirinov Kamal Asəf oğlunun oğlunun idarə etdiyi "Range Rover" markalı avtomobil Məmməd Araz küçəsindən Azadlıq prospektinə dönərkən qarşı yola çıxıb. Bu vaxt Azadlıq prospektindən Məmməd Araz küçəsinə dönən "BMW" markalı avtomobil "Range Rover"ə çırpılıb. Qəza nəticəsində BMW-də olan üç nəfər - 24 yaşlı Mehman İbadov, 32 yaşlı Yaşar Babayev və 23 yaşlı Xəyalə Babayeva xəsarət alıblar. Yaralılan əraziyə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qəzadan sonra Azadlıq prospektində və Məmməd Araz küçəsində nəqliyyat sıxlığı yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəzaya uğramış avtomobilləri təxliyə ediblər və nəqliyyatın normal hərəkəti tədricən bərpa edilib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO




















