Bakıda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Hadisə Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində qeydə alınıb.
Möhsün Sənani küçəsində hərəkətdə olan “Ford” markalı maşının sürücüsü kəsişmədəki yol nişanını görməyib. Nəticədə onun avtomobili əsas yolda, yəni Mirəli Qaşqay küçəsində olan “Hyundai” markalı maşına çırpılıb. İdarəetmədən çıxan “Hyundai” binaya çırpılaraq dayanıb.
Qəza nəticəsində “Ford”un sürücüsü və “Hyundai”ın qadın sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə şahidi Şirxan Adıgözəlov bildirib ki, yol nişanının qarşısını ağac və yük avtomobili kəsib. Məhz buna görə də yol nişanı görünməz vəziyyətə düşüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















