Bakıda jurnalist qəzaya düşdü, motosikleti aşdı - ANBAAN VİDEO

Bakıda jurnalist avtomobil qəzasına düşüb. Avtosfer.az milli.az bildirir ki, qəza anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlar əks tərəfdən keçən avtomobilin təhlükəsizlik kamerasına düşüb.
Milli.Az-ın əməkdaşının idarə etdiyi motosiklet qarşısındakı taksi sürücüsünün kobud səhvinə görə aşıb, jurnalist yüngül bədən xəsarəti alıb. Onun başında moto-dəbilqənin olması ciddi xəsarət almasına mane olub.
M.Ə.Rəsulzadə qəsəbəsinin Azadlıq prospekti hissəsindəki işıqfordan hərəkətə başlayan motosiklet sürücüsü sol zolağın sağ hissəsi ilə hərəkət edərkən 99PR634 dövlət qeydiyyat nişanlı taksi sürücüsünün anidən yavaşlayaraq iki zolaqlı yolda sağ zolaqdan sola dönməsi bədən xəsarəti ilə nəticələnən qəzaya səbəb olmuşdur. Onun güzgülərdən istifadə etməməsi və kobud qayda pozuntusu jurnalistin bazu sümüyünün və sağ qolunun əzilməsi ilə nəticələnib.
Qəza sentyabrın 6-da günorta saat 3 radələrində Məmməd Əmin Rəsulzadə qəsəbəsindən Azadlıq prospekti metro stansiyasına gedən istiqamətdə baş verib.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, iki zolaqlı yolda sağ zolaqdan sola dönmək qadağandır və bu qayda pozuntusu 40 manat cərimə ilə cəzalandırılır. Əgər pozuntusu yüngül xəsarətlə nəticələnibsə o, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
Görüntüləri təqim edirik:
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB











