Bakıda maşın dayanacağa çırpılıb kül oldu - FOTO

Bakıda dəhşətli yanğın hadisəsi baş verib.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ayna Sultanova heykəli ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) arasındakı ərazidə avtoqəza baş verib.
"Subaru" markalı minik avtomobili, yüksək sürət nəticəsində yolun kənarındakı marşrut dayanacağına çırpılıb. Nəticədə dayanacaq yararsız hala düşüb.
Qəzadan bir neçə dəqiqə sonra isə, avtomobil alovlanmağa başlayıb. Xoşbəxtlikdən ətrafda olan taksi sürücüləri maşında olan sərnişinləri yanğın böyümədən ərazidən uzaqlaşdıra biliblər.
Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın o qədər şiddətli olub ki, avtomobildən əsər-əlamət qalmayıb. Hətta yaxınlıqdakı körpüyə də ziyan dəyib.
Əraziyə çağırılan FHN-nin yanğınsöndürmə idarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını alıblar. İlkin məlumatlara görə, qəza nəticəsində güclü xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, onlar 5 dəfə partlayış səsi eşidiblər:
"Qəzadan xəbərimiz yox idi. Qəfil partlayış səsi eşitdik. Ardından 4 dəfə də güclü partlayış oldu. Bayıra çıxdıq. Gördük ki, körpü tərəfdə yanğın var. Gəlib, baxdıq. Maşın dayanacağa çırpılmışdı. Və dəhşətli yanırdı. Amma sahibini görmədik. Deyəsən getmişdi. Gördük ki, alov getdikcə böyuyür, səs-küy saldıq. Sürücülərə dedik ki, maşınları kənara çəksinlər. Hər şey ola bilərdi".
Hadisə yerindən çəkilmiş fotoları sizlərə təqdim edirik:
E.Ə.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












