Bakıda mikroavtobusla minik maşını toqquşub: 6 yaralı var

Bakının Nəsimi rayonunda mikroavtobus və minik maşınının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Eldar Babayev küçəsi idə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı yeni inşa olunan yol ötürücüsünün üzərində bir-birinin əksi istiqamətdə hərəkət edən Elvin Lətifovunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, “Daewoo” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzadan sonra yaralılara tibbi yardım göstərmək üçün hadisə yerinə bir-neçə təcili yardım avtomobili çağrılıb. Yaralılara hadisə yerində edilən tibbi yardımdan sonra mikroavtobus və minik maşınında olan 6 sərnişin xəstəxanaya göndərilib.
Qəzanın səbəbləri sırasında isə yol ötürücüsünün üzərində avtomobillərdən birinin digərinin yoluna çıxması göstərilib. Səbəbkar sürücü isə araşdırmalardan sonra məlum olacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












