Bakıda minik avtomobili qatarla toqquşdu - FOTO

Bakıda minik avtomobili ilə qatarın toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində qeydə alınıb.
Belə ki, qatar avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman “Suzuki” markalı maşın ona çırpılıb.
Məlumata görə, qadın sürücünün idarə etdiyi minik maşını qatarın yoluna çıxıb.
Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Qeyd edək ki, dəmiryolu xəttinin keçdiyi sözügedən ərazinin avtomobil yolunda rabitə siqnalizasiya sistemi və şlaqbaun yoxdur. Sürücülərin sözlərinə görə, həmin ərazidə keçidin qorunmaması səbəbindən qəza hadisələrinin başvermə ehtimalı yüksək olur. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO




















