Bakıda motosiklet və mopedlərin düşdüyü qəzalar - VİDEO

Motosiklet və moped idarə edən şəxslərin bir çoxu yollarda necə gəldi hərəkət edirlər, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında onlar tərəfindən törədilən qayda pozuntularını təhlil edib.
Avtosfer.az-ın məlumatına görə, məlum olub ki, motosiklet və moped idarə edən bəzi şəxslər əsasən svetoforun qırmızı işiğından keçməklə yanaşı, əks istiqamətdə hərəkət etmə, manevr etmə qaydalarını və nişanlanma xətlərinin tələblərini pozmaqla yollarda təhlükəli vəziyyət yaradırlar. ”Yol mənimdir, istədiyim kimi hərəkət edərəm” fikri ilə yollarda sürücülərə qəza şəraiti, piyadalara isə təhlükəli vəziyyət yaradan belə şəxslər “Yol hərəkəti haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar.
Müşahidə kameralarının qeydə aldığı görüntülərdən o da aydın olub ki, qaydalara əməl etməyənlər daha çox kuryer xidməti göstərənlərdir. Onların bağlamaları sürətli çatdırmaq istəyi çox vaxtlarda qayda pozuntusuna və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Təbii ki, qayda pozuntuları diqqətdən kənar qalmır.
Belə ki, cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib. Lakin onlar yol hərəkəti qaydalarına düzgün riayət etsələr, cərimə olunmamaqla yanaşı, heç kimin həyatı üçün təhlükəli vəziyyət yaratmazlar.
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












