Bakıda piyadaları vurduğuna görə iki sürücü saxlanılıb

Bakının Sabunçu rayonunda piyadaların vurulmasına görə, iki sürücü saxlanılıb. Avtosfer.az xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firdovsi Xəlilovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Range Rover" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Əbülfəz Abdullayev saxlanılıb.
Həmçinin Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Vəlizadəni xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-2106" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Fəxrəddin Dadaşov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












