Bakıda "Porsche" ilə bahalı qəza; sərxoş sürücü qaçıb

Bakıda toy məclisindən qayıdan sürücü qəza törədib. Hadisə ötən axşam Binəqədi rayonu Cavadxan küçəsində qeydə alınıb. Hadisə zamanı sürücünün idarəetməsindən çıxan “Porsche” markalı nəqliyyat vasitəsi əvvəlcə yolun əks istiqamətinə keçib. Daha sonra isə avtomobil yol kənarındakı bardürlərə dəyərək dayanıb. Qəzadan sonra avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq hadisə yerindən uzaşlaşıb. Hadisə yerinə Binəqədi rayon dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitəsi hadisə yerinə çağrılan evakuator vasitəsi ilə hadisə yerindən götürülərək cərimə meydançasına aparılıb.
İlkin ehtimala görə, qəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, “Porsche”nin sükanı arxasında oturan şəxs qəza zamanı sərxoş vəziyyətdə olub. Bu səbəbdən də o, yol polisləri hadisə yerinə gələnə qədər ərazidən yayınıb. Qəzanın hansı səbəbdən baş verməsi və sürücünün kimliyi isə Binəqədi rayon dövlət yol polis şöbəsində başlanan araşdırmalardan sonra məlum olacaq.
anspress
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












