Bakıda qadın sürücünün törətdiyi inanılmaz qəza və dəhşətli görüntülər - VİDEO

Ötən gecə paytaxtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videoda BMW markalı avtomobilin moped və bir neçə maşına çırpılması ilə nəticələnən qəza yerindən görüntülər əks olunub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Baku.ws-ə bildirib ki, dünən gecə saat 03 radələrində 38 yaşlı Bakı şəhər sakini Babayeva Yeganə Elçin qızı, idarə etdiyi BMW markalı 10-DM-011 nömrə nişanlı avtomobili ilə 28 yaşlı Sabirabad rayon sakini Məmmədov Kamran Əlisəfa oğlunu vurub.
“Sürücü daha sonra maşını yol kənarında dayanan digər avtomobilə də çırpıb. Ə.Səmədov moped sürücüsü olub və şəxs hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı Nəsimi rayonu polis idarəsində araşdırma aparılır. Hadisə Ceyhun Hacıbəyli küçəsində baş verib. İlkin məlumatlara görə, hadisədə təqsirkar BMW sürücüsü olan xanımdır”, - deyə Araz Əsgərli bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
***
Bu gün saat 04 radələrində Bakıda ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi “BMW” markalı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində mopedi vurub.
Nəticədə mopedi sürən 28 yaşlı Səmədov Kamran Əlsəfa oğlu hadisə yerində ölüb.
Faktla bagli Nəsimi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır. (unikal)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












