Bakıda qadın sürücünün vurduğu maşın belə aşdı – FOTO

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib, qəzaya uğrayan üç avtomobildən biri aşıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb. Yolun Bibiheybət istiqamatətindəki hissəsi ilə hərəkətdə olan və Günay Məmmədovanın idarə etdiyi “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkət edən Viktor Pavlovun idarə etdiyi "Mitsubishi" markalı «pikap» avtomobilinə çırpılıb. Nəticədə "Mitsubishi" aşıb. Özəl şirkətlərdən birinə məxsus olan avtomobilin sürücüsü yüngül xəsarət alıb. Arxadan gələn "Hyundai" markalı digər avtomobil isə qəzaya uğramış avtomobilə çırpılıb, sürücü Elşən Mustafayev idarəetməni itirib və maşını yol kənarındakı yaşayış divarına vurub.
Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəzaya "Hyundai"nin sürücüsü Günay Məmmədovanın manevr qaydalarını pozması səbəb olub. Eyni zamanda, "Mitsubishi"inin sürət həddini aşdığı, digər "Hyndai"nin sürücüsünün düzgün ara məsafəsi saxlamadığı ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
















