Bakıda qadın yol qəzasında xəsarət aldı
Qəzalar
30 Yanvar 2021 11:33
Oxunub 1362

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1976-cı il təvəllüdlü Hacıyeva Ruhiyyə Əliheydər qızı müxtəlif xəsarətlər alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













