Bakıda qadını avtomobil vurub
Qəzalar
25 Mart 2022 13:15
Oxunub 896

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza Məhəmmədli şossesində qeydə alınıb.
1989-cu il təvəllüdlü Mustafayeva Gülşən Səfər qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
APA
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













