Bakıda qəza: Tanınmış alim öldü - FOTO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, avqustun 6-da saat 16:30 radələrində Yasamal rayonu Hüseyn Cavid prospekti 35 ünvanının qarşısında 1984-cü il təvəllüdlü Hüseynov Ruslan Elşad oğlu idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə 1947-ci il təvəllüdlü Seyidrzayeva Seyidnisə Mirtağı qızını vurub.
68 yaşlı qadın ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Seyidrzayeva tanınmış alimdir. AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışan S.Seyidrzayeva fizika-riyaziyyat elmləri doktoru imiş və bir çox elmi məqalələrin, araşdırmaların müəllifi olub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












