Bakıda qəzada ölən 4 nəfərin adı bilindi

Ötən gecə Bakıda minik avtomobilinin avtobusla toqquşması nəticəsində baş verən ağır yol qəzasında 4 nəfər ölüb. Onlardan 3-ü bir ailənin üzvləridir. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 12-si saat 23:40 radələrində, Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsində Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Qabil Ələkbər oğlu Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla paytaxt sakini 1980-ci il təvəllüdlü Vidadi Söyün oğlu Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində V.Sərdarov, sərnişinləri - qardaşları, 1988-ci il təvəllüdlü Etibar, 1963-cü il təvəllüdlü İlqar Nizami oğlu Orucovlar və oğlu, 1990-cı il təvəllüdlü Elçin hadisə yerində ölüblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsində araşdırma aparılır.
Emin
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












