Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var
Qəzalar
29 İyun 2020 09:12
Oxunub 972

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb. Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
105 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 1969-cu il təvəllüdlü Quliyev Tahir Arazəli oğlunun idarə etdiyi “Mercedes”lə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü T.Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. (APA)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













