Bakıda sürücü faciəvi şəkildə öldü - FOTOLAR

Bakı dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qəza baş verib. Avtosfer.az-ın report-a istinadən məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, 1 nəfər xəsarət alıb. Qəza zamanı Biləcəri qəsəbəsi istiqmətində hərəkətdə olan “Hyundai” markalı minik maşını ötmə əməliyyatı həyata keçirərkən “Mercedes” markalı avtomobil ilə toqquşub və sürücü nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi dəmir arakəsmələrə çırpılıb. Məlumata görə, təxminən 30-35 yaşlarında olan sürücü avtomobilin içinə daxil olan dəmir parçalarının onu iki yerə bölməsi nəticəsində dünyasını dəyişib. Hadisə zamanı “Mercedes”in də sürücüsü xəsarət alıb.
Qəza avtomagistralda tıxaca səbəb olsa da, polis əməkdaşları tərəfindən hərəkət qısa zamanda nizamlanıb. Hadisənin baş vermə səbəbləri və dünyasını dəyişən sürücünün kimliyi Yasamal rayon Polis İdarəsində araşdırılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO


















