Bakıda taksi marşrut avtobusu ilə toqquşub – FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. BNA-dan verilən məlumatına görə, bu gün saat 18:00 radələrində "Veten.Az-Trans" MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli, 99-JU-517 dövlət nömrə nişanlı, "İsuzu B902" markalı avtobusu idarə edən sürücü, Məmmədov Ruslan Ramiz oğlu Puşkin küçəsi ilə hərəkət edərkən əks istiqamətdə hərəkət edən taksi minik avtomobili ilə toqquşub: “Daşıyıcının verdiyi məlumata görə hadisə taksi minik avtomobilinin svetoforun icazə siqnalını nəzərə almadan qəfil sola dönmə əməliyyatı etməsi səbəbindən baş verib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb”.
*** saat 18:31
Bakıda taksi kimi fəaliyyət göstərən minik avtomobili marşrut avtobusu ilə toqquşub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Səməd Vurğun bağının qarşısında qeydə alınıb. Taksi fəaliyyəti göstərən minik avtomobili ilə 46 saylı marşrut avtobusun toqquşması nəticəsində xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda qəza ilə bağlı araşdırma aparılır. (APA)


Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB











