Bakıda telefonla oynamaq faciəyə səbəb oldu: qəza törətdi, 2 ölü,12 yaralı

2019-cu ilin 5 avqust tarixində Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində İ.Əsgərovun idarə etdiyi “Mercedes” və Natiq Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşması nəticəsində çoxsaylı ölən və yaralananların olması ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində hər 2 sürücü barəsində Cinayət Məcəlləsinin 263.3-cü (ol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi əsasında ittihamedici hökm çıxarılıb.
Belə ki, İ.Əsgərov barəsində 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hadisənin əsas səbəbkarı olan “Nissan” markalı taksinin sürücüsü Natiq Həşimov barəsində isə, 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə zalındaca həbs edilib. N.Həşimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkəcək.
Qeyd edək ki, hadisə nəticəsində “Nissan”da olan sərnişinlərdən Quba rayon sakinləri Əjdər Xudaverdiyev və onun 13 yaşlı bacısı oğlu Əli Musayev ölüb. Hər 2 maşında olan daha 12 sərnişin isə xəstəxanaya yerləşdirilib. Onlardan 9-u uşaq olub. “Nissan”da olan və hadisə zamanı xəsarət alan mərhum Əjdər Xudaverdiyevin həyat yoldaşı bildirib ki, hadisədən əvvəl yoldaşı taksi sürücüsünə telefonla oynanamamasını, yola baxmasını bildirərək irad tutub. Lakin sürücü Natiq Həşimov telefonla məşğul olmağa davam edib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












