Bakıda yola qoyulan işarə “Prius”u qəzaya saldı - VİDEO

Bakıda 8 Noyabr prospektində avtomobil yolunda təmirlə bağlı qoyulan xəbərdaredici nişan yol-nəqliyyat hadisəsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, “Toyota Prius” markalı avtomobil yolda təmirlə bağlı yanlış qoyulan xəbərdaredici nişana çırpılıb. Elan isə “Azərsu” ASC-yə aid olub.
“Azərsu”dan bildirilib ki, Xətai Rayon Sukanal İdarəsi tərəfindən sözügedən prospektdə kanalizasiya baxış quyusunun qapağı dəyişdirilirdi: "Bu səbəbdən yola xəbərdaredici nişan qoyulub. Hadisə dünən baş verib. Təmir işləri də dünən yekunlaşıb. Yol nişanı təyinatı üzrə bəlli məsafədə yerləşdirilib. Qəza törədən nəqliyyat vasitəsinin sürücüsünün xəbərdaredici nişanı görməməsinə bir münasibət bildirə bilmərik. Qəza qurumun gördüyü təmir-bərpa işləri səbəbindən baş verməyib”, deyə məlumatda bildirilir.
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA












