Bakıda yataq dəsti yolun ortasına düşdü, qəza və 3 yaralı – FOTOLAR

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Aeroport şosesində qeydə alınıb. Şosesinin sürətin yüksək olduğu zolağı ilə hərəkətdə olan "Opel" markalı minik avtomobilin damındakı yataq dəsti yolun hərəkət hissəsinə aşıb. "Opel"in sürücüsü Əlipənah Əliyev yataq dəstini yoldan götürmək üçün avtomobili qəfildən saxlayıb. Arxadan yüksək sürətlə gələn “VAZ-2106” markalı maşının sürücüsü yoldakı maneəni gördükdə idarəetməni itirib və avtomobil arxadan "Opel"ə çırpılıb. Qəza nəticəsində "Opel"in sürücüsü Əlipənah Əliyev, avtomobildəki sərnişin, 1965-ci il təvəllüdlü Pənah Cəfərov və “VAZ-2106”-nın sürücüsü, 1989-cu il təvəllüdlü Mirzəyev Azad Mürsəl oğlu xəsarət alıblar. Hər üç nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, Pənah Cəfərov və Azad Mirzəyevin xəsarətləri daha ağırdır və hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadırlar.
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya "Opel"in sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO














