Bakıda yenə bahalı maşınları yandırdılar - VİDEO

Son zamanlar Qaraçuxur qəsəbəsində maşınların yandırılması halları müşahidə olunurdu. Ən son ötən ayın əvvəlində belə hadisə baş vermişdi.
Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayıldıqdan sonra ötən ay - iyunun 10-da bir nəfər həbs edildi. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanıldı. Onun kriminal aləmlə yaxın əlaqələri olduğu və "Dəli Səfər" ləqəbi ilə tanındığı deyilirdi.
"Dəli Səfər"in həbsindən sonra yanğın xəbərləri dayandı. Lakin iyulun 4-ü axşam saatlarında Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-a qəsəbə sakinləri məlumat veriblər. Hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb.
Bu əməli törədən şəxs və ya şəxslərin lüks maşınları seçməsi diqqət çəkir. Sonuncu dəfə yandırılan maşınlar arasında "Toyota", BMW, Mercedes, Ford markalı lüks maşınlar var.
Hadisə şahidləri deyirlər ki, yanğınla bağlı bir nəfər həbs olunduqdan sonra sakinlər həyətdə maşın saxlamağa başlamışdılar. Lakin yenidən maşınlar yandırılmağa başlandı. Sakinlər təşviş içindədirlər. Hamı həyətində maşın saxlamağa qorxur.
Onu da qeyd edək ki, sakinlər yanğınlar başladığı vaxtdan etibarən Post Patrul Xidmətinin əməkdaşlarının və mülki geyimli polislərin qəsəbədə növbə çəkdiyini deyirlər.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














