Bakıda yük maşını piyadanı üzərindən keçərək öldürüb

Qəzalar 30 İyul 2022 09:53
Bakıda yük maşını piyadanı üzərindən keçərək öldürüb
WhatsApp kanalımıza abunə olun

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

 

Avtosfer.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyev Ümüd Elçin oğlu yol kənarında dayandığı zaman onun üzərindən “Shacman” markalı yük avtomobili keçib. Piyada hadisə yerində ölüb.

 

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.(APA)

Oxunub : 1860
ŞƏRH YAZ
Ad

E-mail

Şərh