Bakıda zəncirvarı qəza: 4 maşın toqquşdu - VİDEO

Bakının Nəsimi rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apatv-yə istinadən xəbərə verir ki, sürücü Həsən Əliyev idarə etdiyi BMW markalı avtomobillə Tiflis prospekti ilə 20 Yanvar dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman qəfildən idarəetməni itirib. Nəticədə BMW əvvəlcə qarşısında hərəkətdə olan "London taksisi"nə, daha sonra metropolitenə məxsus yük maşınına çırpılıb. Sükana bundan sonra da hakim ola bilməyən Həsən Əliyev avtomobili eyni markalı başqa bir maşına da vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəza "BMW”nin yüksək sürətlə hərəkət etməsi, "London taksisi"nin isə ona yol verməməsi nəticəsində baş verib. Sürücülər izahatlarının alınması üçün polis şöbəsinə dəvət ediliblər. Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












