Bakıda zəncirvari qəza baş verdi

Bakının Nəsimi rayonunda 5 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Anspress-in məlumatına görə, hadisə rayonun Rəşid Behbudov küçəsində qeydə alınıb. Həmin yolla Bakıxanov küçəsi istiqamətində hərəkətdə olan “KIA” və “DODGE” markalı minik maşının sürücülərinin anlaşılmazlığı nəticəsində baş verən hadisə hər iki maşından əlavə “Hyundai”, “Mercedes” və “Pevgeot” maraklı avtomobillərin də qəza iştirakçısı edib. Məlumata görə, “KIA” ilə toqquşmadan yayınmağa çalışan “DODGE”un sürücüsü maşını səkilərə çırpıb. Bu zaman onunla eyni istiqamətə olan “Hyundai” da qəzadan öz payını alıb. “KIA” isə “DODGE”a dəydikdən sonra bir neçə dəfə dövrə də vurub və daha sonra dalan yolda olan “Mercedes”ə, o isə öz növbəsində “Pevgeot”ya çırpılıb. Qarşılıqlı ittihamlarla yadda qalan qəzanın əsl səbəbləri təyin olunan avtotexniki eksprtizanın rəyindən sonra məlum olacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












