Bakıda zəncirvari qəza: ölən var

Gecə Bakının Xətai rayonu Nobel prospektində 3 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın anspress-ə istinadla verdiyi məlumata görə, hadisə zamanı şəhər istiqamətində hərəkət edən “VAZ 2107” markalı avtomobil əvvəlcə qarşıda gedən “Nissan” markalı avtomobillə toqquşub. Hadisədən sonra əks yola çıxan “07” həmin istiqamətdə gələn “Daewoo” markalı başqa nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı “07”nin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücünün yanında əyləşən sərnişin isə aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Qəzadan sonra hadisə yerinə Xətai rayon polis idarəsi və dövlət yol polisi şöbəsinin əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırmalar aparılıb sürücülərin izahatları alınıb. Aparılacaq araşdırmalardn sonra qəzanın hansı səbəbdən baş verdiyi məlum olacaq.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










