Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - VİDEO
Qəzalar
11 Sentyabr 2020 11:07

3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan üç nəfərdən birinə ambulator yardım göstərilib və o, evə buraxılıb. Bununla bağlı oxu.az-a Sabunçu Klinik Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəsarət alan digər iki nəfər xəstəxanaya qəbul edilib. Onlardan biri qadın, digəri kişidir.
Müayinə zamanı onların hər ikisinə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
10:52
Bakıda baş verən ağır qəzada xəsarət alanların sayı beşə çatıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onlardan biri Respublika Kliniki Xəstəxanasına, bir nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, üç nəfər isə 3 saylı Sabunçu Klinik Xəstəxanasına çatdırılıb.
10:43
Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 99-XF-890 dövlət nömrə nişanlı “Mercedes Vita” markalı avtomobil TIR-a çırpılıb. Hadisə Bakı-Salyan şosesinin Qobustan qəsəbəsindən keçən hissəsində baş verib.
Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə nəticəsində şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan üç nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Həmin görüntüləri təqdim edirik:
Oxunub : 1872
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 15:06
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
15 Oktyabr 2026 14:06
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
15 Oktyabr 2026 13:30
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
ŞƏRH YAZ












