Bakıdakı dəhşətli qəzanın təfərrüatları - YENİLƏNİB - VİDEO

Ötən gecə Bakının Sabunçu rayonunda baş verən yol qəzası zamanı ölən və yaralananların kimliyi məlum olub.
Avtosfer.az baku.ws-ə istinadən bildirir ki, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobildə olan sərnişinlər ağır yaralanıblar.
Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı, 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər. Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxananın baş həkimi Fikrət Zeynalovun verdiyi məlumata görə, digər yaralılara ilkin tibbi yardım göstərilib. Onların həyatını xilas etmək mümkün olub. Lakin uşaqların yaxınlarının təkidilə onlar Kliniki Tibbi Mərkəzə köçürülüblər.
Qəza zamanı "Zaparojets" markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Ağabala Baba oğlu Hüseynov isə yanaraq ölüb.
Baş verən dəhşətli qəzadan sonra "Range Rover"in sürücüsü hadisə yerindən qaçıb. Qəza zamanı dünyasını dəyişən digər sərnişinlərin kimliyi isə hələlik müəyyən edilməyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












