Bakıdan Kürdəmirə qonaq gələn gənci avtomobil vurub
Qəzalar
16 Yanvar 2022 12:48

Kürdəmirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakıdan kəndə qonaq gələn 2006-cı il təvəllüdlü Əhmədov Kənan Qulam oğlu yolu keçmək istəyərkən onu hələlik markası məlum olmayan avtomobil vurub.
Ağır bədən xəsarəti alan Kənan Əhmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Hazırda polis əməkdaşları hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində axtarışlar həyata keçirirlər.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1432
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 21:17
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
5 Oktyabr 2026 17:30
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
5 Oktyabr 2026 16:41
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
5 Oktyabr 2026 16:23
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
5 Oktyabr 2026 10:36
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
5 Oktyabr 2026 10:18
Sumqayıtda AĞIR QƏZA: Ölən var
4 Oktyabr 2026 23:32
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
4 Oktyabr 2026 09:40
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
2 Oktyabr 2026 19:24
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
2 Oktyabr 2026 13:00
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
2 Oktyabr 2026 10:06
Beyləqanda ağır qəza - ÖLƏN VAR
1 Oktyabr 2026 17:30
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
ŞƏRH YAZ












