Bakının Cənub girişində hərəkət bərpa edildi - FOTO - YENİLƏNİB

Bakı-Qazax şosesinin 6-cı kilometrliyində yola düşmüş iri daş parçaları ərazidən uzaqlaşdırılıb.
Hazırda yolda hərəkət tam bərpa edilib.
***
Bakı-Qazax şosesində daş parçaları yola düşüb, yolda hərəkət qismən məhdudlaşdırılıb.
Hadisə şosenin Səbail rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, paytaxt istiqamətində yolun sağ tərəfindən qayalıqdan iri daş parçaları yola düşüb. Bu zaman kiçiktutumlu mikroavtobusu (Mercedes) və “Kia” markalı minik avtomobilinin üzərinə qaya parçaları düşüb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü xəsarət alıb.
Hazırda şosenin hər iki tərəfində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Polislər təhlükəsizlik məqsədilə sürücüləri alternativ olaraq Xocəsən şossesinə yönləndirilir.
Hazırda əraziyə ağırtonajlı nəqliyyat vasitələri cəlb edilib. Qaya parçaları ərazidən uzaqlaşdırılır. Yolda qalan nəqliyyat vasitələrin hərəkəti qismən təmin edilib. Təhlükəli olduğundan şosenin Beynəlxalq Avtovağzal və Lökbatan dairəsi tərəfindən polislər avtomobilləri alternativ yollara istiqamətləndirir. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













