Bakının Sabunçu rayonunda yol qəzası baş verib

Qəzalar 17 Fevral 2022 10:38
Bakının Sabunçu rayonunda yol qəzası baş verib
WhatsApp kanalımıza abunə olun

Bakıda avtomobilin çarxının qırılması qəzaya səbəb olub.

Avtosfer.az xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Renault” markalı avtomobil şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman qəfildən ön sol çarxı sıradan çıxıb.

Bu zaman sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi digər zolaqda hərəkətdə olan “Ford” markalı maşına çırpılıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

APA

Oxunub : 1224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh