Bakıxanovda qəza: “Prius” “Opel”i vuraraq aşırdı - VİDEO

Yüksək sürətin səbəb olduğu qəza avtomobilləri sıradan çıxarıb.
Avtosfer.az məlumatına görə sosial şəbəkələrdə paylaşılan qəza hadisəsi dünən, paytaxtın Bakıxanov qəsəbəsində baş verib. Hadisə şahidlərinin kameraya aldığı görüntüdən bəlli olduğu kimi “Toyota Prius” markalı avtomobil, 99-LY-131 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobillə toqquşub. Yüksək sürət həddi ilə hərəkət edən “Toyota Prius” sürücüsü ona dəyməklə kifayətlənməyib, nəqliyyat vasitəsini böyrü üstə aşırıb. Olay zamanı “Toyota”nın ön hissəsi əzilərək yararsızlaşıb, “Opel” isə onunla müqayisədə daha çox zədələnib. Xoşbəxtlikdən sürücülərdən xəsarət alan olmayıb.
Qeyd edək ki, qəza yerinə cəlb edilən yol polisi əməkdaşları hadisənin başvermə səbəblərini araşdıraraq lazımi tədbiri icra ediblər.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












