Balakəndə avtomobil piyadaya xəsarət yetirdi

Qəzalar 10 Aprel 2021 08:50
Balakəndə avtomobil piyadaya xəsarət yetirdi
WhatsApp kanalımıza abunə olun

Balakən rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Talalar kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Baratov Asif Eyvaz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ diz oynağının əziyi diaqnozu qoyulub.

Oxunub : 1106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh