Balakəndə iki qəza: 1 ölü, 1 yaralı

Balakəndə iki qəza hadisəsi baş verib. Qəzanın birində bir nəfər dünyasını dəyişib, digər hadisə isə xəsarətlə nəticələnib. Avtosfer.az regiontv-yə xəbər verir ki, Balakəndə ölümlə nəticələnən ağır yol qəzası səhər saatlarında baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Poçtbinə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən sakini, 1974-cü il təvəllüdlü Elxan Əzizxan oğlu Hacıyev “VAZ 2106” markalı, 08 BC 223 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idaetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Digər qəzada isə bir nəfər xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralının Balakəndən keçən hissəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü, Zaqatalanın Yuxarı Tala kənd sakini İsgəndər Yusif oğlu Musayev “Mercedes” markalı minik avtomobili ilə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı dərəyə aşıb. Qəzada müxtəlif bədən xəsarətləri alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumatda yaralının vəziyyəti orta-stabil qiymətləndirilir. Hər iki faktla bağlı araşdırmalara başlanılıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












