Bayram günlərində yollarımız qana bulaşdı

Ramazan bayramı günlərində respublika ərazisində 56 yol nəqliyyat hadisəsi baş verib. Bunu anspress-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Şöbə müdirinin sözlərinə görə, Ramazan bayramının başlaması ilə əlaqədar Yol Polisi gücləndirilmiş iş rejiminə keçib. Bununla belə son 4 gün ərzində ölkə ərazisində baş verən 56 qəzada 11 nəfər həyatını itirib, 76 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yol qəzalarından doqquzu paytaxtda baş verdiyini deyən DİN rəsmisi, bu qəzalar nəticəsində 2 nəfərin öldüyünü, 25 insanın isə yaralandığını da əlavə edib. Rayonlarda baş verən qəzalarda 4 günə 9 nəfər dünyasını dəyişib, 23 nəfər xəsarət alıb. Onun sözlərinə görə, daha çox iki avtomobilin toqquşması ilə bağlı qəzalar qeydə alınıb.
Xatırladaq ki, Nazirləri Kabinetinin qərarına əsasən bu il ölkəmizdə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunub. Lakin əmək məcəlləsinə edilən dəyişikliyə əsasən iyulun 18-i şənbə gününə təsadüf etdiyindən ayın 20-si də istirahət günü kimi nəzərdə tutulub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












