Bərdədə 4 maşın toqquşdu: 5 nəfər...

Bərdədə 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.
“Trend”in yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqurdalı kəndi ərazisində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü Ərəstun Həsən oğlu Mehdiyev idarəetməni itirərək hərəkətdə olan VAZ-2109 və VAZ-2121 (“Niva”) markalı minik avtomobillərinə, daha sonra isə yol kənarında dayanmış vəziyyətdə olan “Mercedes-Benz Atego” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 5 nəfər - 13 yaşlı Həsən Ərəstun oğlu Mehdiyev, 17 yaşlı Fidan Zöhrab qızı Teymurova, 56 yaşlı Elşən Xəlil oğlu Vəliyev, 37 yaşlı Fariz Altay oğlu Qasımov, 43 yaşlı Şamxal Vaqif oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












