Bərə qəzası: 34 ölü, 70 itkin

Filippində baş vermiş bərə qəzasında ən azı 34 nəfər ölüb və 70 nəfər itkin düşüb. Bu barədə yerli televiziyanın bildirib ki, göyərtəsində 173 nəfərin olduğu bərə Leyte vilayətində yerləşən Ormok limanından Kamotes adalarındakı Pilar limanına yola düşüb. Bərə limandan ayrılandan bir neçə dəqiqə sonra batıb. Sahildən təxminən 200 metr aralanan gəmi əyilib və sonra batıb. İlkin məlumatlara görə, gəmi kapitanı körpüdən aralanan kimi dönüş edib, bu zaman güclü dalğa göyərtəyə dolub. Xilasedicilər 60 nəfəri sudan çıxara biliblər. Xilasedicilər hesab edir ki, faciənin əsas səbəbi havanın çox pis olmasıdır. Bərəni güclü dalğalar aşıra bilər. Filippin arxipelaqının təşkil olunduğu 7 mindən çox ada arasında əsas nəqliyyat vasitəsi bərədir. Filippində belə dəniz qəzaları tez-tez olur. Bu qəzaların ən iri miqyaslısı 1987-ci il dekabr ayında baş verib. Onda sərnişin gəmisi ilə neft tankerinin toqquşması nəticəsində 4 min adam həlak olmuşdu.
anspress
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












