Beynəlxalq avtoşouda faciə: milyonçu 26 nəfəri vurdu - VİDEO - FOTO

Maltada keçirilən beynəlxalq avtoşouda Porsche 918 Spyder avtomobili yoldan çıxaraq trasın kənarındakı tamaşaçıları vurub. "Hal Farrug" trasındakı insidentdə 26 nəfər yaralanıb. 5 yaralının durumu kritikdir. Onların arasınlda 6 yaşlı qız da var. Avtosfer.az xəbər verir ki, ağ rəngli Porsche 918 Spyder-in sükanı arxasında britaniyalı multimilyonçu Pol Beyli vardı. İlkin məlumata görə, 1,2 milyon dollarlıq avtomobilin yoldan çıxaraq qəzaya səbəb olması maşındakı texniki nasazlıqlarla bağlıdır. Polisdən verilən məlumata görə, avtomobilin arxa təkərləri yol kənarındakı otluqda sürüşüb. Avtomobilin sahibi və qəzanın səbəbkarı, İngiltərənin İst-Midlends şəhərindən olan 55 yaşlı Pol Beyli yüngül xəsarətlər alıb.
Pol Beyli xanımı Selena ilə birlikdə rabitə şirkəti qurmuşdular. Britaniyalı milyonçu avtomobil fanatlarının "müqəddəs üçlük" adlandırdıqları 3 superlüks avtomobildən ibarət kolleksiya yığmış ilk insandı. Onun kolleksiyasında Porsche 918, Ferrari LaFerrari və McLaren P1 var.





Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












