Biləsuvarda minik avtomobili aşdı: bir ailənin 6 üzvü qəzaya düşdü, ölən var

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.
Hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb.
Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N.Abbasov isə dünyasını dəyişib.
İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.
Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır. (report)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












