
Biləsuvarda yol qəzası: 3 nəfər...
Qəzalar
5 İyun 2023 23:03
Oxunub 342

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Nəsimikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtoqəza nəticəsində 3 nəfər - Neftçala rayon sakini, 1977-ci il təvəllüdlü Rabil Əsgərov, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Şamil Pənayev və Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Təyyar Əliyev xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır. (report)
ŞƏRH YAZ