Binəqədidə gənc oğlanı avtomobil vurub
Qəzalar
25 Mart 2022 09:27
Oxunub 1408

Bakıda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Əliyev Xəyal Röyal oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













