Binəqədidə qorxulu anlar : Öz-özünə gedən avtomobil obyektə çırpıldı - VİDEO

Avtomobilini neytral vəziyyətdə saxlayan sürücü həm nəqliyyat vasitələri, həm də insanlar üçün təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevrilən qəza hadisəsi Binəqədi rayonunda qeydə alınıb. Müşahidə kamerasında əks olan kadrlardan da aydın göründüyü kimi, parklanma rejiminə əməl etməyən sürücü qəza yaradıb. Belə ki, “Kia Soul” markalı avtomobilin sürücüsü maşınını yol kənarında saxlayaraq marketə daxil olub. Bu zaman hərəkət etməyə başlayan avtomobil yola çıxıb və hərəkətdə olan nəqliyyat vasitələrinə təhlükə yaradıb. Dayanmadan geri gedən maşın sonda yol kənarındakı obyektə çırpılıb. İşin ən təhlükəli məqamı isə çırpılmazdan öncə obyektdən çıxan piyadanın avtomobilin hədəfindən son anda qurtulması olub. Sükan arxasında sürücünün olmadığını görən insanlar yaxınlaşaraq onu nizamlamağa çalışıblar. Bir müddət sonra avtomobilin sahibi geri qayıdaraq etdiyi məhsuliyyətsiz davranışın nəticəsi ilə qarşılaşıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












