Bir gecədə üç maşın oğurladı - Oğurladığı maşınla qəzaya düşdü

Oğru qaçırdığı avtomobillərin biri ilə iki yol-nəqliyyat hadisəsi törədib.
Avtosfer.az Publika.az-a istinadla xəbər verir ki, ötən gecə Almatı polisi iki minik avtomobilini, üstəlik, bir təcili yardım maşınını qaçıran peşəkar oğrunu ələ keçirib.
Qazaxıstanın Almatı şəhər polis departamentindən verilən açıqlamaya görə, BMW markalı avtomobilin oğurlandığı barədə birinci məlumat 21.45-də daxil olub. Magistral yola çıxarkən Audi avtomobili ilə toqquşan maşın oğrusu hadisə yerindən qaçıb. Daha sonra onun BMW-si Almatı dairəvi yolunda qarşıdan gələn Toyota ilə toqquşub. Qəza yerindən piyada qaçan oğru Nissan markalı avtomobili zorla sahibinin əlindən almağa çalışanda ona xəsarət yetirib. İnsidentin şahidləri təcili tibbi yardım çağırıb və oğru bu dəfə həkimlərin yardım maşını ilə aradan çıxıb. Amma o, səhərə yaxın polis tərəfindən saxlanılıb.
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB











