Çağırışa gedən təcili yardım maşını AŞDI - VİDEO - YENİLƏNİB

Masallıda ambulansın qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yolayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.
“Mercedes-Benz” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib, sürücü və iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Azərbaycanda çağırışa gedən təcili yardım maşını aşıb.
Avtosfer.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.
"Unikal"
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












