Cəlilabadda ağır qəza:ölən və xəsarət alan var - YENİLƏNİB

Cəlilabadda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Qəza nəticəsində rayonun Bayxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Paşa Əyyub oğlu Şərifov ölüb.
Həmkəndlisi, 1991-ci il təvəllüdlü Məzahir Vaqif oğlu Sadıqov və Sərxanlı kənd sakini 1961-ci il təvəllüdlü Fərhad Umudəli oğlu Nəsirov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hadisə rayonunun Gülməmmədli kəndi ərazisində qeydə alınıb. Qəzada "VAZ 2107" markalı minik avtomobili ilə "QAZ 2705" markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
***
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Yol qəzası rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində bir nəfərin öldüyü, bir nəfərin ağır xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA











