Cəlilabadda ziyarətgaha gedən mikroavtobus qəza törətdi, 8 nəfər xəsarət aldı - FOTO - YENİLƏNİB

Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb.
Qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Əli Mirzəyev və 1991-ci il təvəllüdlü Ülvi Mustafayev də xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir. (report)
***
Report xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar 1970-ci il təvəllüdlü Firuzə Hüseynova, 1987-ci il təvəllüdlü Xəyalə Yaqubzadə, 1962-ci il təvəllüdlü Naibə Əliyeva, 1952-ci il təvəllüdlü Zümrüd Şıxəliyeva, 1981-ci il təvəllüdlü Nailə Quluzadə və 2009-cu il təvəllüdlü Xədicə Yaqubzadədir.
***
Cəlilabad rayonunda yol qəzası baş verib.
Cəlilabad şəhəri ərazisində "Ford" markalı sərnişin mikroavtobusu və "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, mikroavtobusda olan şəxslər ziyarətgaha gedirmişlər.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
















