Daha bir gəmi faciəsi- 300 nəfərlik

Aralıq dənizində göyərtəsində qeyri-leqal miqrantlar olan daha bir gəminin batmaqda olduğu haqda məlumat yayılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Frans press” agentliyi Beynəlxalq Miqrasiya Agentliyinin (İOM) Roma ofisinə istinadən məlumat yayıb. Gəminin göyərtəsində 300-ə yaxın miqrantın olduğu, artıq 20-dən çox sərnişinin öldüyü bildirilir.
Gəminin batmaqda olduğu barədə onun göyərtəsindəkilərdən biri İOM-un Roma ofisinə telefonla bildirib. Təşkilatın nümayəndəsinin bildirdiyinə görə, həmin şəxs gəminin beynəlxalq sularda olduğunu və tezliklə dənizin dibinə gedəcəyini deyib. İOM gəminin koordinatlarını İtaliyanın sahil mühafizə xidmətinə çatdırıb. Avropaya üz tutan qeyri-leqal miqrantları daşıyan növbəti gəminin batması haqda məlumat Avropa İttifaqının xarici işlər nazirlərinin bazar günü gecə İtaliyanın Siciliya körfəzində Liviyadan 700-dən çox miqrantı daşıyan gəminin batmasından sonra çağırılan toplantısının getdiyi saatlarda daxil olub.
Ötən həftə isə Aralıq dənizində 400-dən çox miqrantı daşıyan gəmi batmışdı. Avropa İttifaqının xarici siyasət komissarı Federiko Moqerini bir-birinin ardınca baş verən bu faciələrdən sonra təcili toplantı çağırıb. “Avropa İttifaqı heç cür özünə haqq qazandıra bilməz. Biz təcili hərəkətə keçməli və qərarlar qəbul etməliyik” -deyə Moqerini Lüksemburqda keçirilən XİN rəhbərləri toplantısına gedərkən bildirib.
İtaliyanı Afrikanın şimalı ilə ancaq Aralıq dənizi suları ayırır. İtaliyanın Lumpeduza adası isə Tunisin cəmi 115 kilometrliyindədir. Bu səbəbdən Afrikanın şimalından olan miqrantlar Avropaya qeyri-leqal yolla daxil ola bilmək üçün balıqçı gəmilərində Lumpeduza adasına üz tuturlar.
Onların daşınmasını mütəşəkkil cinayətkar qruplaşmalar təşkil edir. Köhnə balıqçı gəmiləri dəfələrlə artıq sərnişinlə Aralıq dənizinə çıxır və tez-tez qəzaya uğrayır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












