Dairəvi yolda AĞIR QƏZA: “Hyundai” “KamAZ”la toqquşdu, 5 nəfər... - FOTO

Bakı Dairəvi yolunda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib.
Hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan Əliyev Valeh Tarif oğlu idarə etdiyi “Hyundai”la qarşı tərəfdən gələn İmdad Yusifovun idarə etdiyi qoşqulu “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşının sürücüsü V.Əliyev ağır bədən xəsarətləri alıb. Bundan əlavə onun avtomobilində olan 1 uşaq olmaqla 4 sərnişin xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Dairəvi yolda baş verən qəzada 1967-ci il təvəllüdlü Əliyeva Svetlana Həsən qızı, 1978-ci il təvəllüdlü Əsgərova Pərvanə Rəhbər qızı, 1955-ci il təvəllüdlü Həsənova Mahizər Həsən qızı və onun 6 yaşlı nəvəsi Leyla Həsənova müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onlardan 6 yaşlı Leyla Həsənovanın və sürücü V.Əliyevin vəziyyəti ağırdır.
Qeyd edək ki, Bakı Dairəvi yolunun köməkçi şosesində qəza ilə əlaqədar olaraq hərəkət dayandırılıb. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO


















