Dəhşət saçan qəza: Avtomobillər tanınmaz hala düşsə də, xəsarət alan olmadı - VİDEO

Yüksək sürət və diqqətsiz idarəetmə avtomobilləri üz-üzə qoyub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin marağına səbəb olan hadisə Türkiyənin Alanya əyalətində qeydə alınıb. Müşahidə kamerasına anbaan düşən görüntülərdən də aydın olduğu kimi bir-birindən geri qalmaraq sürəti sıxan sürücülər törətdikləri qayda pozuntusunun qurbanı olub. Ətrafı müşahidə etmədən yalnız gedəcəyi istiqamətə fokuslanmaları onların bir-biri ilə toqquşaraq yararsız vəziyyətə düşməsinə gətirib çıxarıb. Belə ki, toqquşan avtomobillər 360 dərəcə fırlanaraq dayanıb. Hadisənin heyrət doğuran məqamı isə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sürücü və sərnişinlər sağ çıxması bir yana, xəsarət almadan yan keçmələri olub. Hətta ön oturacaqda əyləşən sərnişin qapının açılması ilə asfalta düşüb, lakin bir müddət sonra ayağa qalxaraq yaxşı olduğunu bildirib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












