Dəhşətli qəza: Avtomobili tanınmaz hala düşdü, özü isə sağ çıxdı - VİDEO

Yolun ortasında dayanaraq maşınını təmir etdi, döngədən qəfil çıxan avtomobillə toqquşaraq qəza yaratdı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan dəhşətli qəza dünən günorta saatlarında, Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həvəskarın lentə aldığı kadrlardan da məlum olduğu kimi “Hyundai Santa Fe” markalı avtomobil “Qazel” markalı yük maşını ilə toqquşub. Belə ki, idarəyə məxsus olan “Qazel” yolun solunda dayanaraq təmir işləri apardığı zaman “Hyundai” markalı avtomobil döngüdən çıxan kimi ona dəyib. Nəticədə yük maşınının təkəri altında qalan “Hyundai” tamamilə yararsız vəziyyətə düşüb. Xüsusilə ön və təkər altında qalan sol tərəfi əzik-əzik olub. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb. Avtomobilin sürücüsü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə qəzanın yaranmasına səbəb “Qazel” markalı maşının heç bir xəbərdarlıq işarəsi qoymadan təmir işləri aparması olub.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












